
Banklar audit edilməlidir ?- BANK RƏSMİSİNDƏN AÇIQLAMA
Banklar haqqında qanuna görə hər bir bank ildə bir dəfə auditdən keçməlidir.
Fins.az xəbər verir ki, bunu "AG Bank"-ın Xəzinədarlıq depatamentinin müdiri İsi Müstafayev deyib
O bildirib ki, burda auditi aparan şirkətin Auditorlar palatasının icazəsi ilə fəaliyyət göstərən hər hansı bir auitor şirkəti olması ilə bağlı tələb yoxdur. Tələb var ki, ildə bir dəfə hər bir bankın auditi həyata keçirilməlidir. Auditin nəticələri onun rəsmi internet səhifəsində yerləşdirilməlidir.
Bank rəsmisi eyni zamanda "Bu bankın kənar auditi hesab olunur.Bir də var bankın daxili auditi. Audit departamenti bankın əsas deportamentlərindən biridir.Bu deportament bankın daxilində olan bütün proseslərə nəzarəti həyata keçirir.Bura həm əməliyyat, həm müştərilərlə davranış,İT baxımından audit də daxildir. Bu da bankda fəaliyyətin düzgünlüyünə,əməliyyatların doğruluğuna,qanunvericiliyə uyğun aparılmasına nəzarətin həyata keçirilməsini təmin edir "-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva