Bank xidmətlərində onlayn arayış sifarişi imkanları genişlənir

Bank xidmətlərində onlayn arayış sifarişi imkanları genişlənir

BANK
144

Fins.azAzərbaycan Beynəlxalq Bankı (ABB) hesab üzrə təsdiqedici məktubun onlayn sifariş xidmətini müştərilərinin istifadəsinə verib.

Bankın məlumatına görə, müştərilər ABB Mobile və bankın onlayn xidmətləri vasitəsilə arayış sifariş edə, hazır sənədi isə istənilən ABB filialı və ya şöbəsindən əldə edə bilərlər. ABB Mobile üzərindən sifarişin xidmət haqqı 10 manat, filial vasitəsilə isə 20 manat təşkil edir. Hesab çıxarışı isə ödənişsiz təqdim olunur.

Bildirilib ki, iş günləri saat 14:00-dək verilən sifarişlər növbəti iş günü saat 10:00-dan, 14:00-dan sonra təqdim edilən sifarişlər isə növbəti iş günü saat 14:00-dan etibarən hazır olur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bank xidmətlərində onlayn arayış sifarişi imkanları genişlənir — Fins.az — Fins.az