
Bank və sığorta sektorunda inzibati cərimələrin həcmi açıqlanıb - AMB
2025-ci il üzrə maliyyə sektoru üzrə tətbiq edilən inzibati cərimələrin həcmi 600 min manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib.
AMB rəsmisinin sözlərinə görə, bu məbləğ bank, sığorta, mikromaliyyə, ödəniş və digər maliyyə təşkilatlarını əhatə edir.