
“Bank of Baku”da növbədənkənar iclas keçiriləcək
16 Mart 2020-ci il tarixində “Bank of Baku” ASC səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası keçiriləcək.
Fins.az bankın elanına istinadən xəbər verir ki, iclasın gündəliyi ictimaiyyətə açıqlanmır, bildirişlə birgə səhmdarlara göndərilib.
İclasın Bankın Bakı, Atatürk pr,42 ünvanında yerləşən Baş idarəsində keçiriləcək.
"Bank of Baku" ASC-nin nizamnamə kapitalının 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova, 28,89%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə məxsusdur.
Xəbər verdiyimiz kimi, “Bank of Baku” ASC 2019-cu ili 24 milyon 571 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə 2019-cu ildə “Bank of Baku”nun xalis mənfəəti 7 dəfə artıb.