"Bank of Baku"-nun kapitalı 13,9% ARTIB

"Bank of Baku"-nun kapitalı 13,9% ARTIB

BANK
3,319

“Bank of Baku”  2020-ci il sentybrın 30-na olan göstəricilərə görə bankın kredit portfeli 366,496 milyon manat olub ki, bu da 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə 8,4% artım təşkil edib
Hesabata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında bank  aktivlərini 3,4% artıraraq 394,195 milyon manata çatıb. 
Sözügedən dövrdə bankın öhdəlikləri 1,3% artıb 1321,293 milyon manat təşkil edib. Sentyabrın sonuna bankda depozit portfeli 2020-ci ilin əvvəli ilə müqaisədə 1,3% azalaraü 180,795 milyon manat olub.Əhalinin əmanətləri 160,482 milyon manat  təşkil edir ki, yanvar ayına nisbətən bu göstərici  2,8% azalıb
2020-ci il oktyabrın əvvəlinə “Bank of Baku”nun kapitalı 13,9% artaraq 72 milyon 902,93 min manata bərabər olub.Hesabat dövründə "Bank of Baku"-nun, nizamnamə kapitalı dəyişməyib 52,87 milyon manat olub.

2020-ci ilin yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 8 milyon 612,2 min manat təşkil edib, bu da 2019-cu ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə 73,3% azdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Bank of Baku"-nun kapitalı 13,9% ARTIB — Fins.az — Fins.az