Bank of America-nın  Amerika və Avropa şirkətlərinin Çindən çıxarılma xərcləri ilə bağlı PROQNOZU

Bank of America-nın  Amerika və Avropa şirkətlərinin Çindən çıxarılma xərcləri ilə bağlı PROQNOZU

BANK
513

Amerika və Avropa şirkətləri növbəti beş il ərzində istehsal əməliyyatlarının Çindən çıxarılmasına təxminən 1 trilyon dollar xərcləyəcəklər. Bunu Bank of America (BofA) ekspertləri proqnozlaşdırırlar.

BofA tərəfindən aparılan bir araşdırma, pandemiya zamanı qlobal sektorların 80% -də şirkətlərin tədarük zəncirinin kəsilməsi ilə üzləşdiyini, onların 75% -nin xaricdən məhsul istehsalını qaytarmaq planlarını genişləndirməsinə səbəb olduğunu göstərib.

Çərşənbə axşamı günü ABŞ Prezidenti Donald Trump, ABŞ-ın Çindən ABŞ-a istehsalını geri qaytaran şirkətlərə vergi güzəştləri verəcəyini deyib.

Trump Amerika iqtisadiyyatının Çin istehsalçılarının daxil olduğu tədarük zəncirlərindən asılılığını azaltmağa çalışır. Ötən bazar ertəsi, ABŞ Ticarət Departamenti, Çin texnologiya şirkəti Huawei Technologies Co., Amerika texnologiyasından istifadə edərək istehsal olunan bütün avadanlıqlara girişini effektiv şəkildə rədd edərək məhdudiyyətləri sərtləşdirdi.

Ən çox gəlir gətirən sahələr, o cümlədən səhiyyə və texnologiya artan xərclərin öhdəsindən gələ biləcək, digərləri istiqraz və ya səhm təklifləri vasitəsilə vəsait toplamağa məcbur ola bilər.

BofA analitikləri investorların lokalizasiya meylindən faydalana biləcəyinə inanaraq mühəndislik və avadanlıq, avtomatlaşdırma və elektrik və elektron avadanlıq istehsalçılarında səhmlər almağı tövsiyə edirlər.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bank of America-nın  Amerika və Avropa şirkətlərinin Çindən çıxarılma xərcləri ilə bağlı PROQNOZU — Fins.az — Fins.az