Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları keçirilir

Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları keçirilir

BANK
172

Fins.az - İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantılarının ilk günü 14-cü Özəl Sektor Forumu çərçivəsində halal iqtisadiyyatın inkişafı, etik və dayanıqlı maliyyələşdirmə, KOB-ların yaşıl keçidi, regional inteqrasiya, investisiya imkanları mövzularında görüş və sessiyalar, İİB Qrupuna daxil olan bir sıra təşkilatların idarəetmə orqanlarının iclasları keçiriləcək.

Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları öz işinə başlayıb. “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr olunmuş mötəbər tədbirdə Qrupa  üzv ölkələrin rəhbər şəxsləri, dövlət və özəl sektoun, beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edir.

Toplantıların ilk günü Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin ali himayəsi altında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun tərəfdaşlığı ilə təşkil olunan 14-cü Özəl Sektor Forumu çərçivəsində HELF/AZHAB Forumu 2026, 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu - “Dayanıqlı İnkişaf üçün İnnovativ Maliyyələşdirmə”, eləcə də regional inteqrasiya mövzularında sessiyalar, Azərbaycanın investisiya perspektivlərinə dair müzakirələr keçiriləcək. Çad Respublikasının maliyyə, büdcə, iqtisadiyyat, planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri ilə dialoq təşkil olunacaq.

Bununla yanaşı, “Sərhədsiz Gənclik: Ortaq Regional Rifahın İnkişafı” mövzusunda sessiya, İslam İnkişaf Bankı Qrupunun, İslam Maliyyə İnstitutlarının İnkişafı Assosiasiyasının (ADFIMI) və İslam Ölkələrinin Podratçılar Federasiyasının (FOCIC) idarəetmə orqanlarının iclasları keçiriləcək.

İyunun 19-na kimi davam edəcək İllik Toplantılar iqtisadi əməkdaşlığın gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf prioritetləri üzrə müzakirələrlə davam edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları keçirilir — Fins.az — Fins.az