Azırbaycanda onlayn sifariş və gündəlik ödənişlər üçün yeni həll: Wolt Kart

Azırbaycanda onlayn sifariş və gündəlik ödənişlər üçün yeni həll: Wolt Kart

BANK
221

Fins.az“Bank Respublika” ASC Visa ödəniş sistemi əsasında Wolt Kart adlı yeni kobrend kartını təqdim edib.

Bankın məlumatına görə, kart dünyada ilk dəfə Azərbaycanda istifadəyə verilib və Wolt şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Bildirilib ki, Wolt Kart müştərilərə həm Wolt platformasında onlayn sifarişlər zamanı, həm də gündəlik ödənişlərdə müxtəlif üstünlüklər təqdim edir. Kart Visa ödəniş sisteminin imkanlarını və Bank Respublika-nın bank xidmətlərini özündə birləşdirir.

Məlumata əsasən, kartın buraxılışı tamamilə pulsuzdur, ilkin mədaxil tələb olunmur. Kart AZN valyutasında, 3 il müddətinə təqdim edilir.

Qeyd edilib ki, Wolt Kart hazırda Bakı, Sumqayıt və Gəncə şəhərlərində sifariş oluna bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azırbaycanda onlayn sifariş və gündəlik ödənişlər üçün yeni həll: Wolt Kart — Fins.az — Fins.az