Azərikard VİSA auditindən keçərək PCI DSS sertifikatı əldə edib

Azərikard VİSA auditindən keçərək PCI DSS sertifikatı əldə edib

BANK
564

Hər il olduğu kimi bu il də Azərikard VİSA auditindən uğurla keçərək, ödəniş kartlarının məlumat təhlükəsizliyinə dair dünya standartlarına uyğunluq sertifikatı, PCI DSS əldə edib.

Fins.az xəbər verir ki, PCI DSS sertifikatı Azərikard-ın kartlardan istifadə etməklə keçirilən əməliyyatlar barədə məxfi məlumat təhlükəsizliyini təmin edən informasiya strukturunun müdafiə standartlarına uyğunluğunu təsdiq edir.
Qeyd edək ki, PCI DSS tələblərinə görə, bank ödəniş kartı sahiblərinə məxsus məlumatların saxlanılması, emal edilməsi və ötürülməsi üzrə tam təhlükəsizliyə riayət edir. Hazırda konfidensial məlumatların qorunması üzrə bu cür hərtərəfli yanaşmanın nümayiş etdirilməsi təşkilatları kart sahəsində törədilən cinayətlərdən qorumağın ən səmərəli vasitəsi hesab edilir.

Müəllif: Aynur Qəniyeva
 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərikard VİSA auditindən keçərək PCI DSS sertifikatı əldə edib — Fins.az — Fins.az