Azərbaycan–Litva arasında pul köçürmələri artıb

Azərbaycan–Litva arasında pul köçürmələri artıb

BANK
299

2025-ci ildə Litvadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 6,688 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 1,3 milyon ABŞ dolları və ya 23,3% çoxdur.

Məlumata əsasən, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Litvanın payı 0,6% təşkil edib.

Eyni zamanda, 2025-ci ildə Azərbaycandan Litvaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,263 milyon ABŞ dolları olub ki, bu da əvvəlki illə müqayisədə 2,1 milyon ABŞ dolları və ya 1,7 dəfə artım deməkdir.

Qeyd olunub ki, həmin dövrdə Azərbaycandan xaricə həyata keçirilən ümumi pul köçürmələrində Litvanın payı 1% səviyyəsində olub.

Məlumatda bildirilir ki, 2024-cü ildə Azərbaycandan Litvaya pul köçürmələrinin həcmi 3,156 milyon ABŞ dolları, əks istiqamətdə isə 5,426 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə isə 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdiyi pul köçürmələrinin həcmi 505,139 milyon ABŞ dolları olub. Bu göstərici 2024-cü illə müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni dövrdə xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 94,1 milyon ABŞ dolları və ya 8,7% çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan–Litva arasında pul köçürmələri artıb — Fins.az — Fins.az