
Azərbaycanın xarici ticarət balansında 6,4 milyard dollarlıq profisit qeydə alınıb
2025-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 41,8 milyard ABŞ dolları təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, hesabat dövründə neft-qaz sektoru üzrə 18,1 milyard ABŞ dolları həcmində profisit formalaşıb və bu göstərici qeyri-neft-qaz sektoru üzrə yaranmış 11,7 milyard dollarlıq kəsiri kompensasiya edib.
Nəticədə, ümumilikdə xarici ticarət balansında 6,4 milyard ABŞ dolları həcmində profisit qeydə alınıb.
Bildirilib ki, 2025-ci il ərzində Azərbaycan dünyanın 179 ölkəsi ilə ticarət əlaqələri həyata keçirib.
Statistikaya əsasən, xarici ticarət dövriyyəsinin 12,6 faizi MDB üzvü olan ölkələrin, 87,4 faizi isə digər xarici ölkələrin payına düşüb.