
Azərbaycanın xalis xarici maliyyə aktivləri 5,4 milyard dollar artıb
2025-ci il üzrə Azərbaycanın xalis xarici maliyyə aktivləri 5,4 milyard ABŞ dolları artıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, bu artım əsasən xaricə yönəldilmiş birbaşa investisiyalar (0,9 milyard dollar), portfel investisiyaları (1,9 milyard dollar) və digər investisiyalar (2,6 milyard dollar) hesabına formalaşıb.
Bildirilib ki, hesabat dövründə ölkənin xalis xarici maliyyə öhdəlikləri isə 398,9 milyon ABŞ dolları artıb. Bu artım xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-76,2 milyon dollar), neft bonusu (450,4 milyon dollar), portfel investisiyaları (-28,1 milyon dollar) və digər investisiyalar (52,8 milyon dollar) hesabına yaranıb.
Qeyd olunub ki, ümumilikdə 2025-ci il üzrə kapital və maliyyənin hərəkəti üzrə dinamika 2024-cü ilin göstəriciləri ilə müqayisədə qismən yaxşılaşıb.