Azərbaycanın ÜDM-i 2031-ci ildə 105 milyard dolları keçəcək - BVF

Azərbaycanın ÜDM-i 2031-ci ildə 105 milyard dolları keçəcək - BVF

BANK
105

Qeyri-neft sektoru artımı davam edir, neft hasilatı azalır

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın iqtisadiyyatının 2026-cı ildə 2,2% artacağını, 2027–2031-ci illərdə isə artımın sabit şəkildə 2,5% səviyyəsində qalacağını proqnozlaşdırır.

BVF-nin yeni hesabatına əsasən, ölkənin neft və qaz hasilatı və emalını əhatə edən neft sektoru 2026-cı ildə 2% azalacaq. Sonrakı illərdə isə azalma tempi tədricən zəifləyərək 2027–2031-ci illərdə təxminən 0,5% səviyyəsinə enəcək.

Qeyri-neft sektoru iqtisadi artımın əsas drayveri olacaq

Hesabatda qeyd olunur ki, qeyri-neft ÜDM 2026-cı ildə 3,7%, 2027-ci ildə 3,8% artacaq. 2028–2031-ci illərdə isə artımın orta hesabla 3,5% səviyyəsində sabitləşəcəyi gözlənilir.

BVF analitikləri bildirir ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar qeyri-neft sektorunun dayanıqlı artımını təmin edir.

Nominal ÜDM-in davamlı artımı proqnozlaşdırılır

BVF-nin proqnozlarına görə, Azərbaycanın nominal ÜDM-i növbəti illərdə davamlı artım göstərəcək:

2026: 78,372 milyard dollar

2027: 83,060 milyard dollar

2028: 88,175 milyard dollar

2029: 93,718 milyard dollar

2030: 99,600 milyard dollar

2031: 105,923 milyard dollar

BVF: Neft hasilatının azalması artımı yavaşladacaq

Fondun qiymətləndirməsinə görə, karbohidrogen hasilatındakı azalma iqtisadi artım perspektivlərinə müəyyən təzyiq göstərir. Buna baxmayaraq, qeyri-neft sektorunun artımı bu təsiri qismən kompensasiya edir.

BVF vurğulayır ki, orta müddətli perspektivdə neft hasilatının azalması ümumi iqtisadi artımın təxminən 2,5% səviyyəsinə qədər yavaşlamasına səbəb olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın ÜDM-i 2031-ci ildə 105 milyard dolları keçəcək - BVF — Fins.az — Fins.az