Azərbaycanın tədiyyə balansı 2026–2027-ci illərdə ÜDM-in 5%-dən yuxarı profisit göstərəcək - "Moody’s"

Azərbaycanın tədiyyə balansı 2026–2027-ci illərdə ÜDM-in 5%-dən yuxarı profisit göstərəcək - "Moody’s"

BANK
333

Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 5%-ni təşkil edəcək.

Finss.az "Moody’s" beynəlxalq reytinq agentliyinin proqnozlarına əsasən xəbər verir ki, agentlik 2026–2027-ci illərdə bu göstəricinin orta hesabla ÜDM-in 5,1%-i səviyyəsində olacağını gözləyir.

“Moody’s”in qiymətləndirməsinə əsasən, 2025-ci ilin yekunlarında cari əməliyyatlar hesabının profisiti ÜDM-in 7%-i, 2026-cı ildə 5%-i, 2027-ci ildə isə 5,2%-i həcmində olacaq.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 4,7 milyard ABŞ dolları təşkil edib ki, bu da ÜDM-in 6,3%-nə bərabər olub.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin yanvar–sentyabr aylarında ölkənin tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 3,02 milyard ABŞ dolları və ya ÜDM-in 5,4%-i səviyyəsində olub.

Mərkəzi Bankın proqnozlarına əsasən, 2025-ci ilin yekunlarında orta neft qiymətinin bir barel üçün təxminən 70 ABŞ dolları olacağı halda, cari əməliyyatlar hesabının profisitinin təxminən 3,7 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın tədiyyə balansı 2026–2027-ci illərdə ÜDM-in 5%-dən yuxarı profisit göstərəcək - "Moody’s" — Fins.az — Fins.az