
Azərbaycanın tədiyə balansı AÇIQLANDI
2019-cu ildə Azərbaycanın tədiyə balansının ümumi saldosu müsbət 5 milyard 143 milyon dollar təşkil edib. Yəni, ölkəmizə daxil olmuş valyutanın həcmi, ölkədən çıxan valyutanı üstələyib.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2019-cu ildə tədiyə balansı neft qiymətinin əlverişli olması, qeyri-neft ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında (CƏB) 4,4 milyard dollarlıq, kapitalın və maliyyənin hərəkəti balansında isə 0.1 milyard dollarlıq profisit ehtiyat aktivlərinin 5.1 milyard dollar artmasına şərait yaratmışdır.
2018-ci ildə tədiyyə balansının saldosu 3 milyard 508 milyon dollar təşkil etmişdi.
Beləlikıə, ötən il Azərbaycanın tədiyyə balansının ümumi qalığı 46,6% artıb.





