Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard dollara çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard dollara çatıb

BANK
532

2025-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard ABŞ dolları və ya 19,8% artaraq 85,1 milyard ABŞ dollarına çatıb.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən yaydığı məlumata görə, təkcə Mərkəzi Bankın valyuta ehtiyatları ötən il 5,1% artaraq ilin sonuna 11,5 milyard ABŞ dolları təşkil edib.

Bildirilib ki, 2025-ci ilin sonunda da ölkənin cəmi strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələyib. Belə ki, 2025-ci ilin dekabr ayının sonuna strateji ehtiyatlar 38 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayət edib (2025-ci ilin 9 ayı üzrə idxal göstəriciləri əsasında).

Eyni zamanda, strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3,6 dəfə üstələyib. Hesablamalar 01.01.2026 tarixinə olan M2 pul aqreqatı nəzərə alınmaqla aparılıb.

Qeyd olunub ki, mövcud göstəricilər ölkənin həm xarici, həm də daxili iqtisadi şoklara qarşı dayanıqlılığını nümayiş etdirir. Bununla yanaşı, borc risklərinin tam şəkildə idarəolunan səviyyədə saxlanıldığı vurğulanıb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard dollara çatıb — Fins.az — Fins.az