Azərbaycanın strateji valyuta ehtiyatları 71 milyard dollara çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları 71 milyard dollara çatıb

BANK
573

2024-cü ildə Azərbaycanın strateji valyuta ehtiyatları artmaqda davam edib.

Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi Hesabatına əsasən xəbər verir ki, ölkənin ümumi valyuta ehtiyatları ötən il ərzində 4.8% artaraq 71 milyard ABŞ dollarına yüksəlib.

Hesabat dövründə Mərkəzi Bankın valyuta ehtiyatları 5.6% azalaraq 11 milyard dollara düşsə də, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ehtiyatları əksinə olaraq 7% artımla 60 milyard dollara çatıb.

Beləliklə, ARDNF-in artımı ölkənin ümumi valyuta ehtiyatlarının müsbət dinamikasını təmin edib və iqtisadi sabitliyin gücləndirilməsində mühüm rol oynayıb.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın strateji valyuta ehtiyatları 71 milyard dollara çatıb — Fins.az — Fins.az