Azərbaycanın pul kütləsi artıb

Azərbaycanın pul kütləsi artıb

BANK
222

2026-cı ilin aprelin 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 49,979 milyard manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 863,3 milyon manat və ya 1,8%, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 3,2 milyard manat və ya 6,9% artım deməkdir.

Manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 40 milyard manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 809,8 milyon manat və ya 2,1%, illik müqayisədə isə 4,4 milyard manat və ya 12,5% artıb.

Əməliyyatlar üçün pul kütləsi (M1 aqreqatı) 31,493 milyard manata bərabər olub və aylıq müqayisədə 724,2 milyon manat və ya 2,3%, illik müqayisədə isə 3,2 milyard manat və ya 11,2% artım göstərib.

Banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 18,363 milyard manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 503,8 milyon manat və ya 2,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,3 milyard manat və ya 14,2% artıb.

Ümumilikdə, 1 aprel 2026-cı il tarixinə pul aqreqatları üzrə göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə M3-də 49,979 milyard manat (2025-ci ildə 46,7308 milyard manat), M2-də 40,0005 milyard manat (35,5591 milyard manat), M1-də 31,4935 milyard manat (28,3120 milyard manat), M0-da isə 18,3628 milyard manat (16,0752 milyard manat) səviyyəsində formalaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın pul kütləsi artıb — Fins.az — Fins.az