Azərbaycanın ötən il tədiyyə balansının kəsiri 1,4 milyard dollar olub

Azərbaycanın ötən il tədiyyə balansının kəsiri 1,4 milyard dollar olub

BANK
223

2025-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,4 milyard ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib.

O bildirib ki, 2024-cü ildə tədiyyə balansında kəsir 0,4 milyard dollar olub və 2025-ci ildə bu göstərici əvvəlki ilə nisbətən 1 milyard dollar artıb.

AMB rəsmisi xatırladıb ki, söhbət il ərzində reallaşmış ehtiyat aktivlərinin azalmasından gedir və bu göstərici hesablanarkən Tədiyyə Balansı üzrə Rəhbərliyin 6-cı nəşri qaydaları və manualına uyğun olaraq yenidənqiymətləndirmə və məzənnə fərqi nəzərə alınmır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın ötən il tədiyyə balansının kəsiri 1,4 milyard dollar olub — Fins.az — Fins.az