Azərbaycanın maliyyə sektoru ötən il aktivlərini 6%-dən çox artırıb

Azərbaycanın maliyyə sektoru ötən il aktivlərini 6%-dən çox artırıb

BANK
738

Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri 47,8 milyard manat təşkil edib.

 Fins.az xəbər verir ki, bu barədə hökumətin hesabatında bildirilir. 

Qeyd edilir ki, bu göstərici ötən il yanvarın 1-i ilə müqayisədə 6,45% çoxdur.

Hesabat tarixinə sektorun aktivlərinin 69%-də banklarda cəmləşib. Bu nisbət 1 il bundan əvvəl 59,8% olub. Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının payı 30,9%-dən 28%-ə, sığorta şirkətlərinin payı 2,8%-dən 2,9%-ə, investisiya şirkətlərinin payı isə 0,5%-dən 0,1%-ə dəyişib. 

Hökumət BOKT-ların aktivlərdəki payının yüksək olmasını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-a ötürülməsi ilə izah edir. Yeri gəlmişlən, ötən il 5,3 milyon ABŞ dolları dəyərində toksik aktivin veksel müqabilind ötürülməsi təmin edilib. 

(c)Report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın maliyyə sektoru ötən il aktivlərini 6%-dən çox artırıb — Fins.az — Fins.az