Azərbaycanın əmtəə idxalı 3,1% artıb

Azərbaycanın əmtəə idxalı 3,1% artıb

BANK
258

2025-ci ildə Azərbaycanın əmtəə idxalı ötən ilə nisbətən 3,1% artaraq 17,7 milyard ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, hesabat dövründə istehlak mallarının idxalının ümumi dəyəri 7,1 milyard dollar olub ki, bunun 2,5 milyard dolları ərzaq məhsullarına düşüb. Qeyri-neft-qaz sektoru üzrə idxal 3,2% artaraq 15,2 milyard dollar təşkil edib.

Qeyri-neft-qaz idxalının strukturunda ən çox artım uçuş aparatları (7,3 dəfə), dəmiryol nəqliyyat vasitələri (3,3 dəfə), minik avtomobilləri (36,7%), tərəvəz məhsulları (25,8%), alkoqollu və alkoqolsuz içkilər (15,4%), ətir və kosmetik vasitələr (13,9%) və tütün məhsulları (11,1%) üzrə qeydə alınıb. Eyni zamanda, turboreaktiv mühərriklərin (89,7%), gəmilər və qayıqların (40,6%), mexaniki kürək və ekskavatorların (38,4%) idxarı azalıb.

Qeyd edilib ki, idxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3,8%, yəni 0,7 milyard dollar təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın əmtəə idxalı 3,1% artıb — Fins.az — Fins.az