
Azərbaycanın bank sektorunun aktivləri artıb
2026-cı il martın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 57 milyard 132,8 milyon manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən il aprelin 1-i ilə müqayisədə aktivlər 3 milyard 571,1 milyon manat və ya 6,7% artım göstərib.
Hesabat dövründə fəaliyyət göstərən bankların cəmi öhdəlikləri 49 milyard 617,4 milyon manat, balans kapitalı isə 7 milyard 515,4 milyon manat olub. Qeyd olunur ki, fevral ayında bankların cəmi aktivləri 0,3%, öhdəlikləri 0,2%, balans kapitalı isə 1,5% artıb.
Bildirilib ki, 28 fevral 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, ATM-lərin sayı isə 3,507 olub. Eyni dövrdə bank sektorunda çalışanların sayı 27,277 nəfər təşkil edib.