Azərbaycanın bank sektorunda qeyri-işlək kreditlərin məbləği artıb

Azərbaycanın bank sektorunda qeyri-işlək kreditlərin məbləği artıb

BANK
314

2025-ci il ərzində Azərbaycanda bank sektorunda qeyri-işlək kredit portfelinin həcmi 16,4% və ya 107 milyon manat artaraq 763 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, artım əsasən istehlak və biznes kreditləri üzrə qeydə alınıb. Belə ki, qeyri-işlək kreditlər istehlak kreditləri üzrə 58 milyon manat, biznes kreditləri üzrə 54 milyon manat artıb, ipoteka kreditləri üzrə isə 5 milyon manat azalma müşahidə olunub.

Nəticədə, qeyri-işlək kredit portfelinin ümumi kredit portfelində payı yarımil ərzində 0,1 faiz bəndi artaraq 2,5%-ə yüksəlib.

Bununla yanaşı, Mərkəzi Bank bank sektorunda kredit risklərinin qarşılanması üçün kifayət qədər ehtiyatlanma səviyyəsinin mövcud olduğunu bildirib. Qurumun məlumatına görə, kreditlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədilə yaradılmış məqsədli ehtiyatların həcmi 1,75 milyard manat təşkil edir ki, bu da qeyri-işlək kredit portfelindən 230% çoxdur.

Xüsusilə istehlak kreditləri üzrə yaradılmış ehtiyatların həcmi 1,27 milyard manat olub və bu göstərici həmin seqment üzrə qeyri-işlək kreditlərin məbləğindən təxminən 4 dəfə yüksəkdir. Bu isə bank sektorunun potensial kredit risklərini qarşılayacaq kifayət qədər maliyyə buferinə malik olduğunu göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın bank sektorunda qeyri-işlək kreditlərin məbləği artıb — Fins.az — Fins.az