Azərbaycanın bank sektorunda aktivlər və öhdəliklər artıb

Azərbaycanın bank sektorunda aktivlər və öhdəliklər artıb

BANK
229

Fins.az – 2026-cı il 1 iyun tarixinə Azərbaycanın bank sektorunun cəmi aktivləri 59 milyard 183,7 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 milyard manat və ya 4,7% artım deməkdir.

Hesabata əsasən, hesabat dövründə bank sektorunun cəmi öhdəlikləri 51 milyard 612,2 milyon manat, balans kapitalı isə 7 milyard 571,5 milyon manat olub.

May ayı ərzində bankların cəmi aktivləri 3,2%, cəmi öhdəlikləri 3,9% artıb. Eyni zamanda, bank sektorunun balans kapitalı 1,2% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın bank sektorunda aktivlər və öhdəliklər artıb — Fins.az — Fins.az