Azərbaycanda İT və rabitə sektoruna kredit qoyuluşu artıb

Azərbaycanda İT və rabitə sektoruna kredit qoyuluşu artıb

BANK
169

2026-cı ilin aprelin 1-nə Azərbaycanda bankların informasiya və rabitə sektoru üzrə biznes kredit portfeli 777,8 milyon manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici aylıq müqayisədə 12,9 milyon manat və ya 1,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 141,9 milyon manat və ya 22,3% artım deməkdir. Belə ki, informasiya və rabitə sektoru üzrə kredit portfeli 2026-cı ilin martın 1-nə 764,9 milyon manat, 2025-ci ilin aprelin 1-nə isə 635,9 milyon manat olub.

Eyni zamanda qeyd olunur ki, 2026-cı ilin aprelin 1-nə ölkədə bankların ümumi kredit portfeli 30,290 milyard manat təşkil edib. Kredit portfelinin strukturunda biznes kreditləri 53,5% və ya 16,215 milyard manat, istehlak kreditləri 31,3% və ya 9,491 milyard manat, ipoteka kreditləri isə 15,2% və ya 4,585 milyard manat paya malik olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda İT və rabitə sektoruna kredit qoyuluşu artıb — Fins.az — Fins.az