Azərbaycanda e-ticarət əməliyyatlarının sayı 43% artıb

Azərbaycanda e-ticarət əməliyyatlarının sayı 43% artıb

BANK
323

Fins.az - Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda elektron ticarət və nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb.

Belə ki, elektron ticarət əməliyyatlarının sayı 2024-cü illə müqayisədə 43,4% artaraq 1,5 milyard ədəd, həcmi isə 29,8% artaraq 86,4 milyard manat təşkil edib. POS-terminallar vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 22,3% artaraq 760,5 milyon ədədə, həcmi isə 3,3% artaraq 12,7 milyard manata çatıb.

Təmassız ödənişlərin sayı 22,5% artaraq 734,8 milyon əməliyyat, həcmi isə 4,7% artaraq 12,1 milyard manat olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda e-ticarət əməliyyatlarının sayı 43% artıb — Fins.az — Fins.az