Azərbaycanda “American Express” kartları üzrə həm əməliyyat sayı, həm də həcm azalıb

Azərbaycanda “American Express” kartları üzrə həm əməliyyat sayı, həm də həcm azalıb

BANK
228

2026-cı ilin aprel ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda rezident maliyyə təşkilatları, həmçinin statistik vahidlərin ödəniş kartları çərçivəsində emissiya edilmiş “American Express” kartları ilə həyata keçirilən əməliyyatların sayı 4,9 min, ümumi həcmi isə 600 min manatdan çox olub.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumataına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə “American Express” kartları üzrə əməliyyatların sayı 4,2 mindən çox və ya 46 faiz azalıb. Əməliyyatların ümumi həcmi isə 500 min manatdan çox və ya 45 faiz geriləyib.

Hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş “American Express” kartları ilə Azərbaycanda həyata keçirilən əməliyyatların sayı 1,5 min, ümumi məbləği isə 600 min manat təşkil edib.

Mərkəzi Bankın açıqlamasına görə, rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş ödəniş kartları üzrə göstəricilər ölkə daxilində fəaliyyət göstərən banklar və digər maliyyə qurumları tərəfindən buraxılan kartlarla həyata keçirilən əməliyyatların ümumi sayını və həcmini əks etdirir.

Qeyri-rezident maliyyə təşkilatları tərəfindən emissiya olunan kartlar üzrə statistika isə xarici ölkələrin bank və maliyyə qurumlarının buraxdığı ödəniş kartlarından istifadə edilməklə Azərbaycanda aparılan əməliyyatların sayını və məbləğini göstərir.

Qeyd edək ki, American Express müasir ödəniş texnologiyaları və premium maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı qlobal brendlərdən biridir. 1850-ci ildə yaradılan şirkətin baş qərargahı New York şəhərində yerləşir.

Şirkət fərdi müştərilər, kiçik və orta biznes subyektləri, eləcə də iri korporativ təşkilatlar üçün müxtəlif maliyyə məhsulları və xidmətləri təqdim edir. Eyni zamanda, American Express qlobal ticarət tərəfdaşları şəbəkəsini genişləndirməklə beynəlxalq ödəniş ekosistemində mühüm mövqeyini qoruyub saxlayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda “American Express” kartları üzrə həm əməliyyat sayı, həm də həcm azalıb — Fins.az — Fins.az