Azərbaycandan Özbəkistana yatırılan investisiyalar 4 dəfə artıb

Azərbaycandan Özbəkistana yatırılan investisiyalar 4 dəfə artıb

BANK
552

Ötən il Azərbaycan Özbəkistan iqtisadiyyatına 93,1 milyon ABŞ dolları sərmayə qoyub.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu göstərici 2023-cü ildəki rəqəmlə müqayisədə 69,9 milyon ABŞ dolları və ya 4 dəfə artıb.

Birbaşa xarici investisiyaların ümumi həcmində Özbəkistana yatırılan Azərbaycan investisiyalarının payı 5,3% olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan Özbəkistana yatırılan investisiyaların həcmi 23,2 milyon ABŞ dolları təşkil etmişdi.

Məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu, 2023-cü ilə nisbətən 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilən birbaşa xarici investisiyaların həcmi 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ilə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azalma deməkdir.

Qeyd edək ki, ötən il Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,6 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 953 min ABŞ dolları və ya 26% artıb. Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Özbəkistanın payı 0,9% olub.

Həmçinin, ötən il Özbəkistandan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 10,96 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ilə müqayisədə 937 min ABŞ dolları və ya 7,9% azalma deməkdir. Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Özbəkistanın payı 1% təşkil edib.

2023-cü ildə Azərbaycandan Özbəkistana fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,7 milyon ABŞ dolları, əks istiqamətdə isə 11,9 milyon ABŞ dolları olub.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Özbəkistana yatırılan investisiyalar 4 dəfə artıb — Fins.az — Fins.az