Azərbaycanda yerli kartlarla aparılan əməliyyatların həcmi 66,8 milyon manatı ötüb

Azərbaycanda yerli kartlarla aparılan əməliyyatların həcmi 66,8 milyon manatı ötüb

BANK
82

Fins.az – Azərbaycanda yerli ödəniş kartları ilə həyata keçirilən əməliyyatların sayı və həcmi azalıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, 2026-cı ilin may ayının sonuna rezident maliyyə təşkilatları (habelə statistik vahidin ödəniş kartları) tərəfindən buraxılmış yerli kartlardan istifadə edilməklə 60,9 min əməliyyat həyata keçirilib.

Məlumata görə, həmin əməliyyatların ümumi həcmi 66,78 milyon manatdan çox olub.

AMB-nin məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə yerli kartlardan istifadə edilməklə aparılan əməliyyatların sayı 2,7 mindən çox və ya 4,6%, əməliyyatların ümumi həcmi isə 5,51 milyon manatdan çox və ya 9% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda yerli kartlarla aparılan əməliyyatların həcmi 66,8 milyon manatı ötüb — Fins.az — Fins.az