Azərbaycanda xarici vətəndaşların bank kartları ilə əməliyyatların həcmi 69 % artıb

Azərbaycanda xarici vətəndaşların bank kartları ilə əməliyyatların həcmi 69 % artıb

BANK
1,306

2022-ci ilin dekabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 190,5 milyon manat təşkil edib.

Fins.az  xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın yanvar sayında bildirilir.

Bu isə 2021-ci ilin dekabrı ilə müqayisədə 10,95 % çoxdur.

2022-ci il ərzində isə əcnəbilər bank kartları vasitəsi ilə 2,2 milyard manatlıq əməliyyat aparıblar. Bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 69,23 % çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda xarici vətəndaşların bank kartları ilə əməliyyatların həcmi 69 % artıb — Fins.az — Fins.az