Azərbaycanda “Visa” kartları üzrə əməliyyatlar 7,39 milyard manat olub

Azərbaycanda “Visa” kartları üzrə əməliyyatlar 7,39 milyard manat olub

BANK
217

2026-cı ilin fevral ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutları tərəfindən buraxılmış “Visa” ödəniş kartları üzrə əməliyyatların sayı 143,164 milyon vahid, əməliyyatların ümumi həcmi isə 7,387 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 44,432 milyon və ya 45 %, əməliyyatların həcmi isə 1,45 milyard manat və ya 24,4 % artım göstərib.

Eyni dövrdə qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “Visa” kartları üzrə əməliyyatların sayı 658,2 min, əməliyyatların həcmi isə 59,8 milyon manat olub. Rezident kartlar üzrə əməliyyatlar dedikdə Azərbaycanda fəaliyyət göstərən bank və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlarla aparılan bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən buraxılmış kartlarla həyata keçirilən tranzaksiyaları əhatə edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda “Visa” kartları üzrə əməliyyatlar 7,39 milyard manat olub — Fins.az — Fins.az