Azərbaycanda Visa kartları ilə əməliyyatların sayı bir ildə 28,3% artıb

Azərbaycanda Visa kartları ilə əməliyyatların sayı bir ildə 28,3% artıb

BANK
154

Fins.az – 2026-cı ilin may ayının sonuna rezident maliyyə institutları (statistik vahidlərin ödəniş kartları daxil olmaqla) tərəfindən buraxılmış Visa ödəniş kartları ilə həyata keçirilən əməliyyatların sayı 159,331 milyon, əməliyyatların ümumi həcmi isə 7,965 milyard manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteninə əsasən, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayının 35,178 milyon və ya 28,3%, əməliyyat həcminin isə 963 milyon manat və ya 13,7% artdığını göstərir.

AMB-nin məlumatına görə, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış Visa kartları ilə həyata keçirilən əməliyyatların sayı 839,3 min, əməliyyatların həcmi isə 74,5 milyon manat olub.

Mərkəzi Bankın açıqladığı statistikaya əsasən, bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı da artmaqda davam edib. Belə ki, aprel ayının sonunda bu göstərici əvvəlki ayla müqayisədə 108 min artaraq 22 milyon 518 min təşkil edib.

May ayının sonunda isə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 309 min artaraq 22 milyon 827 minə yüksəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda Visa kartları ilə əməliyyatların sayı bir ildə 28,3% artıb — Fins.az — Fins.az