Azərbaycanda “Visa” kartları ilə əməliyyatların sayı 21,2% artıb

Azərbaycanda “Visa” kartları ilə əməliyyatların sayı 21,2% artıb

BANK
220

Aprel ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda rezident təşkilatlar tərəfindən buraxılmış “Visa” ödəniş kartları ilə həyata keçirilən əməliyyatların sayı 166,806 milyon vahid, ümumi dəyəri isə 8,230 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumataına əsasən xəbər verir ki, hesabata görə, ötən ilin eyni dövrü ilə müqayisədə “Visa” kartları ilə aparılan əməliyyatların sayı 29,193 milyon vahid və ya 21,2% artıb. Əməliyyatların ümumi həcmi isə 273 milyon manat və ya 3,4% yüksəlib.

Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış “Visa” kartları ilə Azərbaycanda həyata keçirilən əməliyyatların sayı 725,6 min vahid, dəyəri isə 59 milyon manat olub.

Mərkəzi Bankın məlumatına əsasən, aprel ayının sonuna ölkədə dövriyyədə olan ödəniş kartlarının sayı da artım nümayiş etdirib. Belə ki, “Azərpoçt” MMC və bank sistemləri üzrə dövriyyədə olan kartların sayı əvvəlki ayla müqayisədə 108 min ədəd artaraq 22 milyon 518 minə çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda “Visa” kartları ilə əməliyyatların sayı 21,2% artıb — Fins.az — Fins.az