Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşu artıb

Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşu artıb

BANK
318

Azərbaycanda bank və qeyri-bank kredit təşkilatları tərəfindən ticarət və xidmət sektoruna yönəldilən maliyyə vəsaitləri artmaqda davam edir.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu ilin martın 1-nə həmin sektora kredit qoyuluşunun ümumi həcmi 4,398 milyard manat təşkil edib.

Məlumata əsasən, bu göstərici aylıq müqayisədə 63,4 milyon manat və ya 1,5% artıb. İllik müqayisədə isə artım daha yüksək olub – 266,1 milyon manat və ya 6,4%.

Ekspertlər hesab edir ki, bu artım ölkədə ticarət dövriyyəsinin genişlənməsi, xidmət sektorunun aktivləşməsi və biznes fəaliyyətinin canlanması ilə əlaqədardır.

Eyni zamanda, ümumi kredit bazarında da müsbət dinamika müşahidə olunur. Belə ki, martın 1-nə real sektora kredit qoyuluşu üzrə ümumi portfel 32,564 milyard manat təşkil edib.

Bu isə aylıq müqayisədə 143,3 milyon manat və ya 0,4%, illik müqayisədə isə 2,7 milyard manat və ya 9% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşu artıb — Fins.az — Fins.az