
Azərbaycanda sürətli pul köçürmələrində əməliyyat sayı azalıb, məbləğ artıb
2026-cı ilin mart ayında Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə bankdan kənara həyata keçirilən köçürmələrin həcmi 38,9 milyon manat təşkil edib.
Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, hesabat dövründə 65,8 min əməliyyat icra olunub. Ötən ilin fevral ayı ilə müqayisədə əməliyyatların sayı 22,8 min ədəd və ya 25,7% azalıb, lakin köçürmələrin ümumi həcmi 1,3 milyon manat və ya 3,5% artıb.
Hesabat dövründə bir köçürmənin orta məbləği 581,8 manat təşkil edib. Bu göstərici 2025-ci ilin mart ayı ilə müqayisədə 163,8 manat və ya 39,2% artım deməkdir.
Qeyd olunur ki, mart ayının sonuna olan məlumata əsasən, banklar və “Azərpoçt” MMC sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon 409 min ədədə çatıb. Bu, əvvəlki ayla müqayisədə 62 min ədəd artım deməkdir.
İllik müqayisədə isə ödəniş kartlarının sayı 10% artıb.