
Azərbaycanda sahibkarlara 6 ayda 136,5 milyon manat güzəştli kredit verilib
Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) 2026-cı ilin ilk yarısında sahibkarlıq subyektlərinə 136,5 milyon manat həcmində güzəştli kredit ayırıb.
Fins.az xəbər verir ki, ölkənin müxtəlif regionlarında iqtisadiyyatın prioritet istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlar ABDF-in güzəştli kreditlərindən yararlanaraq bizneslərini inkişaf etdirirlər.
Məlumata görə, 2026-cı ilin yanvar-iyun aylarında Fond tərəfindən 3004 layihə üzrə maliyyə dəstəyi göstərilib.
Bu çərçivədə sahibkarlar ümumilikdə 136,5 milyon manat həcmində güzəştli kreditdən yararlanıblar.
Qeyd edilib ki, ABDF-in təqdim etdiyi güzəştli kreditlər illik 5 faizə qədər faiz dərəcəsi ilə verilir və kreditlər üzrə 5 ilədək güzəşt müddəti tətbiq olunur.
Bildirilib ki, bu əlverişli maliyyələşmə şərtləri sahibkarların maliyyə yükünü azaltmaqla onların investisiya imkanlarını genişləndirir, biznes fəaliyyətinin inkişafını sürətləndirir və regionlarda iqtisadi aktivliyin artmasına dəstək verir.
