Azərbaycanda real sektorun kreditləşməsi 20% artıb - CƏDVƏL

Azərbaycanda real sektorun kreditləşməsi 20% artıb - CƏDVƏL

BANK
704

Bu ilin fevralın 1-nə Azərbaycanda real sektorda ən çox kredit ev təsərrüfatlarına verilib. Bu rəqəm illik ifadədə 32% artaraq 7 005 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, real sektorda ən az kreditləşmə isə inşaat və əmlak sahəsində qeydə alınıb. Bu sektora kredit qoyuluşları son bir ildə 30% azalaraq 466,6 mln. manata enib.

Ümumiyyətlə, fevralın 1-nə Azərbaycanın real sektora kredit qoyuluşu illik ifadədə 20,4% artaraq 2 628,9 mln. manata, aylıq ifadədə isə 1,4% artaraq 215,4 mln. manat təşkil edib.

Qeyd edək ki, real sektora kredit qoyuluşunda istehlak kreditləri 45,2% ilə ən çox xüsusi çəkiyə malik olub. Ən əz xüsusi çəkiyə isə inşaat və əmlak sektoru malik olub – 3%.

©APA

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda real sektorun kreditləşməsi 20% artıb - CƏDVƏL — Fins.az — Fins.az