Azərbaycanda qiymətli kağızlar bazarından 1 milyard dollardan çox gəlir əldə olunub - Samir Nəsirov

Azərbaycanda qiymətli kağızlar bazarından 1 milyard dollardan çox gəlir əldə olunub - Samir Nəsirov

BANK
233

2025-ci ildə Azərbaycanda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar qiymətli kağızlar bazarından 1,050 milyard ABŞ dolları gəlir əldə edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə məlumat verib.

Onun sözlərinə görə, dövlət qurumları əsasən ABŞ-ın dövlət istiqrazlarına (US treasuries) investisiya yatırıb və bu investisiyalar ölkənin ilkin gəlirlər balansında müşahidə olunan kəsirin daralmasına müsbət təsir göstərib.

Qeyd olunub ki, hesabat dövründə təkrar gəlirlər balansı da müsbət dinamika nümayiş etdirərək 17,5 faiz artımla profisitli olub.

AMB rəsmisi bildirib ki, bu artım əsasən ölkəyə pul köçürmə sistemləri vasitəsilə daxil olan vəsaitlərlə bağlıdır. Onun sözlərinə görə, söhbət əsasən pul baratlarından gedir və bu vəsaitlər kapital xarakterli olmayan əməliyyatlar çıxılmaqla ölkəyə daxil olan axınları əhatə edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda qiymətli kağızlar bazarından 1 milyard dollardan çox gəlir əldə olunub - Samir Nəsirov — Fins.az — Fins.az