Azərbaycanda pul bazası və valyuta ehtiyatları artıb

Azərbaycanda pul bazası və valyuta ehtiyatları artıb

BANK
505

2026-cı il aprelin 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının 11,657 milyard ABŞ dolları təşkil etdiyi bildirilir.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici 2026-cı ilin martın 1-i ilə müqayisədə 42,7 milyon ABŞ dolları və ya 0,4% çoxdur.

Məlumatda vurğulanır ki, Mərkəzi Bankın valyuta ehtiyatları son 1 ildə 630,3 milyon ABŞ dolları və ya 5,7% artım nümayiş etdirib.

Eyni zamanda qeyd olunur ki, bu il aprelin 1-nə Azərbaycanda pul bazası 23,765 milyard manat təşkil edib. Bildirilir ki, bu göstərici martın 1-i ilə müqayisədə 948 milyon manat və ya 4,1% artım deməkdir.

Qeyd olunur ki, ölkədə pul bazası son 1 ildə isə 2,267 milyard manat və yaxud 10,5% artıb.

Açıqlamada vurğulanır ki, pul bazası iqtisadiyyatda mərkəzi bank tərəfindən yaradılan və birbaşa nəzarət olunan ən ilkin pul kütləsidir. Bildirilir ki, bu göstərici əsasən dövriyyədə olan nağd pul və bankların Mərkəzi Bankda saxladığı ehtiyatlardan ibarətdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda pul bazası və valyuta ehtiyatları artıb — Fins.az — Fins.az