Azərbaycanda POS terminalların sayı 23% artıb

Azərbaycanda POS terminalların sayı 23% artıb

BANK
297

31 avqust 2022-ci il tarixinə bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 4.1%, POSterminalların sayı 23% artıb. 

"Fins.az" xəbər verir ki, bu barədə Azərbaycana Mərkəzi Bankı məlumat yayımlayıb

Məlumata görə, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfə artmışdır.

2022-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2235 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 1708 mln. manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 524 mln. manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilmişdir. Avqust ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 45%-ni təşkil edib. 

Müəllif: Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda POS terminalların sayı 23% artıb — Fins.az — Fins.az