
Azərbaycanda POS-terminal ödənişlərinin sayı 31.4%-ə yüksəlib
Fins.az - Nağdsız ödənişlərin genişlənməsi istehlakçı davranışlarını da dəyişdirib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 2020-ci ildə kart əməliyyatlarının 41,7%-i bankomatlar vasitəsilə həyata keçirilirdisə, 2025-ci ildə bu göstərici 7,4%-ə enib. Bankomat əməliyyatlarının həcmi üzrə də oxşar tendensiya müşahidə olunur.
Eyni zamanda, POS-terminal ödənişlərinin kart əməliyyatları içində sayı 2020-ci ildə 23,9% ikən, 2025-ci ildə 31,4%-ə yüksəlib.
Elektron ticarət əməliyyatlarının kart əməliyyatlarında sayı 34,4%-dən 61,2%-ə, həcmi üzrə payı isə 14,7%-dən 58,9%-ə çatıb.