Azərbaycanda POS və onlayn ödənişlərin həcmi açıqlanıb

Azərbaycanda POS və onlayn ödənişlərin həcmi açıqlanıb

BANK
320

2026-cı ilin fevral ayında Azərbaycanda ödəniş kartları vasitəsilə həyata keçirilmiş daxili nağdsız əməliyyatların həcmi 8,2 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, nağdsız ödənişlərin ümumi həcmində elektron ticarətin payı 7,171 milyon manat olub və bu sahə əsas paya sahibdir.

Qalan məbləğin 1,026 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib.

Bildirilib ki, ilin əvvəlindən etibarən kartlarla həyata keçirilmiş daxili nağdsız əməliyyatların həcmi ümumi daxili kart əməliyyatlarının 69,7%-ni təşkil edib. Bu isə ölkədə nağdsız ödənişlərin geniş yayıldığını göstərir.

Eyni zamanda, fevral ayının sonuna olan vəziyyətə görə banklar və Azərpoçt vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22 milyon 347 min ədədə çatıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10% artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda POS və onlayn ödənişlərin həcmi açıqlanıb — Fins.az — Fins.az