Azərbaycanda  nə qədər problemli kredit var? -MƏBLƏĞ

Azərbaycanda  nə qədər problemli kredit var? -MƏBLƏĞ

BANK
1,269

Bakı, 17 noyabr Fins.az

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2020-ci il oktyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfelində  ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1069,5 milyon manat olmuş və ümumi kredit portfelinin 7,2  faizini təşkil edib. 

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi Məlumat yayımlayıb 

Məlumata görə, ümumi kredit portfelinin 12404,4 milyon manatı və ya 83,4 faizi uzunmüddətli kreditlərin payına düşmüşdür. Kreditlərin 97,5 faizi banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. 

Qeyd edək ki, 2020-ci il oktyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14873,7 milyon manat təşkil edib.

Müəllif: Aynur Qəniyeva

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda  nə qədər problemli kredit var? -MƏBLƏĞ — Fins.az — Fins.az