Azərbaycanda nağdsız ödənişlərin həcmində 44% artım

Azərbaycanda nağdsız ödənişlərin həcmində 44% artım

BANK
656

Bu ilin fevral ayı ərzində Azərbaycanda bank kartları ilə 418 mln. manat həcmində nağdsız ödəniş əməliyyatı həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankının açıqladığı hesabat əsasında aparılan hesablamalara görə, bu kateqoriyadan olan əməliyyatların həcmi yanvar ayı ilə müqayisədə 1,5% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə nağdsız ödənişlərin həcmində 47,2% artım qeydə alınıb.

Ümumilikdə, cari ilin yanvar-fevral ayları ərzində ölkədə nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 44,4% artaraq 830 mln. manata yüksəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda nağdsız ödənişlərin həcmində 44% artım — Fins.az — Fins.az