Azərbaycanda nağdsız ödənişlər kəskin artıb

Azərbaycanda nağdsız ödənişlər kəskin artıb

BANK
387

2021-ci ilin yanvar-mart dövründə Azərbaycanda nağdsız ödəniş əməliyyatlarının məbləği 2 milyard 1 milyon manat təşkil edib.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 662 milyon manat və ya 49,4% artıb. 2020-ci ilin yanvar-mart dövründə Azərbaycanda nağdsız ödəniş əməliyyatlarının məbləği 1 milyard 339 milyon manat təşkil etmişdi.

2021-ci ilin ilk rübündə nağdsız ödənişlər ATM-lər vasitəsilə 116 milyon manat, POS-terminallar vasitəsilə 813 milyon manat, elektron ticarət vasitəsilə 1 milyard 72 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə əməliyyatlar müvafiq olaraq 59 milyon manat, 438 milyon manat və 842 milyon manat təşkil etmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda nağdsız ödənişlər kəskin artıb — Fins.az — Fins.az