Azərbaycanda milli valyutada kreditlər artıb

Azərbaycanda milli valyutada kreditlər artıb

BANK
259

2026-cı il fevralın 1-nə Azərbaycanda kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarının ümumi həcmi 31 milyard 863 milyon manat, vaxtı keçmiş kreditlərin məbləği isə 557,5 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, ümumi kredit qoyuluşlarının 27,5 milyard manatı milli valyutada verilmiş kreditlərin payına düşüb.

Milli valyutada verilmiş kreditlərin 452,6 milyon manatının ödəmə vaxtı keçib.

Hesabat dövründə kredit qoyuluşlarının 4 milyard 333 milyon manatı xarici valyutada verilmiş kreditlər olub. Bu kreditlərin isə 104,9 milyon manatının ödəmə vaxtı keçmiş hesab olunur.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı il fevralın 1-nə milli valyutada kreditlər 2 milyard 640 milyon manat və ya 10,6% artıb, xarici valyutada kreditlər isə 101,5 milyon manat və ya 2,3% azalıb.

Statistikaya əsasən, milli valyutada kreditlərin 4 milyard 421 milyon manatı qısamüddətli, 23 milyard 109 milyon manatı isə uzunmüddətli kreditlər olub.

Xarici valyutada kreditlərin isə 1 milyard 271 milyon manatı qısamüddətli, 3 milyard 63 milyon manatı isə uzunmüddətli kreditlərin payına düşüb.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda milli valyutada kreditlər artıb — Fins.az — Fins.az