Azərbaycanda Mərkəzi Banka borcu olmayan banklar-SİYAHI

Azərbaycanda Mərkəzi Banka borcu olmayan banklar-SİYAHI

BANK
835

"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 17-si bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri barədə məlumat verib ki, bunlardan da 10-u tənzimləyici quruma ümumilikdə 61 milyon 783 min manat borcludur.

Həmin banklar "Turan Bank", "Bank VTB Azərbaycan", "Bank BTB", "Günay Bank", "Access Bank", "Yelo Bank", "NBC Bank", "Kapital Bank", "Xalq Bank" və "Azərbaycan Sənaye Bankı"dır.

Bu banklardan AMB-yə ən çox borclu olan "Turan Bank" (26 milyon 83 min manat), ən az borclu olan isə "Azərbaycan Sənaye Bankı"dır (106 min manat).

Tənzimləyici quruma borclu olmadığını bəyan edən 7 bank isə "Azərbaycan Beynəlxalq Bankı", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Naxçıvan Bank", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank" və "Zıraat Bank Azərbaycan"dır.

(C)Renkinq

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda Mərkəzi Banka borcu olmayan banklar-SİYAHI — Fins.az — Fins.az