Azərbaycanda mədənçıxarma və enerji sektoruna kredit qoyuluşu martda 647,5 milyon manat olub

Azərbaycanda mədənçıxarma və enerji sektoruna kredit qoyuluşu martda 647,5 milyon manat olub

BANK
261

2026-cı ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna qoyulmuş kreditlərin həcmi 647,5 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu göstərici aylıq müqayisədə 18,7 milyon manat və ya 2,8% az, keçən ilin eyni dövrü ilə müqayisədə isə 121,1 milyon manat və ya 15,8% azalıb.

Ümumilikdə, martın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə ümumi kredit portfeli 32,564 milyard manat təşkil edir. Bu göstərici aylıq müqayisədə 0,4% artım, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,7 milyard manat və ya 9% artım deməkdir.

Məlumatlar göstərir ki, real sektora kredit qoyuluşu ümumi həcmi ilə artmaqda davam edir, lakin mədənçıxarma və enerji sektoruna yatırılan kreditlər ilin əvvəlində bir qədər azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda mədənçıxarma və enerji sektoruna kredit qoyuluşu martda 647,5 milyon manat olub — Fins.az — Fins.az