Azərbaycanda Mastercard kartları üzrə əməliyyatlar artıb

Azərbaycanda Mastercard kartları üzrə əməliyyatlar artıb

BANK
215

Mart ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə qurumları tərəfindən emissiya edilmiş Mastercard kartları üzrə əməliyyatların sayı 84,667 milyon, ümumi həcmi isə 4,977 milyard manat təşkil edib.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, ötən ilin mart ayı ilə müqayisədə Mastercard kartları üzrə əməliyyatların sayı 19,742 milyon və ya 30,4%, əməliyyatların həcmi isə 592 milyon manat və ya 13,5% artıb.

Qeyd olunur ki, mart ayının sonuna olan vəziyyətə görə banklar və “Azərpoçt” MMC sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 62 min ədəd artaraq 22 milyon 409 min ədədə çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstərici 10% yüksəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda Mastercard kartları üzrə əməliyyatlar artıb — Fins.az — Fins.az