Azərbaycanda “Mastercard” kartları ilə əməliyyatlarının məbləği 19,1% artıb

Azərbaycanda “Mastercard” kartları ilə əməliyyatlarının məbləği 19,1% artıb

BANK
222

Aprel ayının sonuna olan vəziyyətə görə, Azərbaycanın rezident maliyyə qurumları tərəfindən buraxılmış “Mastercard” ödəniş kartları vasitəsilə 82,462 milyon əməliyyat həyata keçirilib. Həmin əməliyyatların ümumi məbləği isə 4,579 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumataına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə “Mastercard” kartları ilə aparılan əməliyyatların sayı 3,031 milyon vahid və ya 3,5% azalıb. Bununla yanaşı, əməliyyatların ümumi məbləği 1,081 milyard manat və ya 19,1% artım göstərib.

Statistik göstəricilər kart əməliyyatlarının sayında müəyyən azalma müşahidə olunsa da, daha iri məbləğli ödənişlərin artdığını göstərir.

Qeyd edək ki, aprel ayının sonuna ölkədə banklar və “Azərpoçt” MMC sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 108 min ədəd artaraq 22 milyon 518 min karta çatıb.

Xatırladaq ki, mayın 8-də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Mastercard arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, tərəflər ölkədə qabaqcıl kibertəhlükəsizlik texnologiyalarının tətbiqi, təşkilati və ekosistem səviyyəsində kiberdayanıqlılığın gücləndirilməsi, startap ekosisteminin inkişafı, innovasiyaların təşviqi, həmçinin kibertəhlükəsizlik sahəsində peşəkar bacarıqların və liderlik potensialının artırılması istiqamətində əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, Mastercard şirkəti 200-dən çox ölkədə fəaliyyət göstərən qlobal texnologiya şirkətidir. Şirkət ödəniş sistemləri, kibertəhlükəsizlik həlləri və məlumatlara əsaslanan xidmətlər vasitəsilə təhlükəsiz və inklüziv rəqəmsal əməliyyatların həyata keçirilməsinə dəstək verir. Eyni zamanda, hökumətlər, biznes qurumları və fərdlər üçün dayanıqlı rəqəmsal ekosistemin formalaşdırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda “Mastercard” kartları ilə əməliyyatlarının məbləği 19,1% artıb — Fins.az — Fins.az